image-1backend

QULAQLIQDAN İSTİFADƏ – YOLDA TƏHLÜKƏDİR -Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına xəbərdarlıq etdi

image-ads-728x90

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına xəbərdarlıq edib. Korrekt.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciətində deyilir: Piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır.

Qulaqlıqdan istifadə zamanı: • Nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir. • Yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir.
• Reaksiya vermək üçün zəruri vaxt itirilir.

Xüsusilə qeyd edirik ki, piyada keçidlərində belə diqqətsizlik ağır nəticələrə səbəb ola bilər.

Tövsiyə olunur:
• Yolu keçməzdən əvvəl qulaqlıqları çıxarın.
• Ətraf mühitə tam diqqət yetirin.
• Yol hərəkəti qaydalarına ciddi əməl edin.

Unutmayın:

Yolda təhlükəsizlik – hər kəsin məsuliyyətidir!



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki