image-1backend

“Rəsmi Tehran hələ də danışıqlara kifayət qədər ciddi yanaşmır” -Politoloq

image-ads-728x90

“Rəsmi Tehran hələ də danışıqlara kifayət qədər ciddi yanaşmır və mövcud siyasi kursunu davam etdirir. Ölkə daxilində aksiya iştirakçılarına qarşı sərt tədbirlərin görülməsi də bu mövqenin göstəricisidir.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-1

Politoloq qeyd edib ki, bu yanaşma İran Prezidenti Masoud Pezeshkianın son açıqlamaları ilə müəyyən ziddiyyət təşkil edir.

Prezident bəyan edib ki, ABŞ ilə aparılan danışıqlar ölkənin ali rəhbəri Ali Khameneiin koordinasiyası və dəstəyi ilə həyata keçirilir.

Politoloqun fikrincə, bu, İranı danışıqlarda təmsil edən xarici işlər naziri Abbas Araghchinin mövqeyinin birbaşa ali rəhbərin təlimatları ilə uzlaşdırıldığını göstərir. O bildirib ki, İran mühafizəkar dairələri ABŞ-dan çəkinmədiklərini bəyan etsələr də, mümkün hərbi qarşıdurmanın qarşısını almağa çalışırlar.

” Tehran uranın zənginləşdirilməsi məsələsində müəyyən güzəştlərə hazır olduğunu nümayiş etdirib və hətta zənginləşdirilmiş uranın üçüncü ölkəyə təhvil verilməsi variantını da nəzərdən keçirir. Bu kontekstdə üçüncü ölkə kimi Rusiyanın adı hallandırılır. Politoloqun sözlərinə görə, Kreml ilə dialoqu olan ABŞ Prezidenti Donald Trump bu varianta etiraz etməyə bilər.”– deyə Arzuman Muradlı bildirib.

Bununla yanaşı, politoloq vurğulayıb ki, məsələ yalnız uranla məhdudlaşmır.

Onun sözlərinə görə, Vaşinqtonun Tehrana ünvanladığı digər tələblər – uzaqmənzilli ballistik raket proqramından və regiondakı silahlı qruplara dəstəkdən imtina – ABŞ-ın bölgədəki strateji müttəfiqi Israelin təhlükəsizliyi ilə əlaqələndirilir.

Politoloq bildirib ki, Tehran Vaşinqtonla yalnız uranın zənginləşdirilməsi mövzusunda danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb, digər məsələlərin isə müzakirə predmetinə çevrilməsini istəmir. Onun sözlərinə görə, İranın uranla bağlı tələbi yerinə yetirməsi müharibə ehtimalını tam aradan qaldırıb-qaldırmayacağı və ABŞ-ın hərbi gəmilərini İran sahillərindən uzaqlaşdırıb-uzaqlaşdırmayacağı hələlik açıq sual olaraq qalır. Ekspert qeyd edib ki, yekun qərar verilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki