image-1backend

Rusiya 2036-cı ilə qədər Ayda elektrik stansiyası tikməyi planlaşdırır

image-ads-728x90

Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) 2036-cı ilə qədər Ayda elektrik stansiyasının inşa edilməsini hədəflədiyini açıqlayıb. Korrekt.az xəbər verir ki, bu barədə Roskosmosun yaydığı yazılı bəyanatda bildirilib.

Açıqlamaya görə, Roskosmos kosmik tədqiqatlar sahəsində fəaliyyət göstərən “Lavoçkin” elmi-istehsalat müəssisəsi ilə müvafiq müqavilə imzalayıb. Müqavilə çərçivəsində Ayda enerji təminatı layihəsi üzrə birgə elmi və texniki işlərin aparılması nəzərdə tutulur.

Bəyanatda qeyd olunub ki, aparılacaq tədqiqatların nəticəsi olaraq Rusiya 2036-cı ilə qədər Ayda uzunmüddətli fəaliyyət göstərə bilən elektrik stansiyası qurmağı planlaşdırır. Layihənin əsas məqsədi davamlı işləyən elmi Ay stansiyasının yaradılması və Ayın kəşfi üzrə proqramın növbəti mərhələsinə keçid üçün enerji infrastrukturunun formalaşdırılmasıdır.

Roskosmos bu təşəbbüsün Ayda daimi elmi fəaliyyətin təmin olunması istiqamətində mühüm addım olduğunu vurğulayıb.

Qeyd edək ki, Roskosmos və Çin Milli Kosmik Administrasiyası 2021-ci ildə Ayda birgə elmi-tədqiqat stansiyasının yaradılması ilə bağlı anlaşma memorandumu imzalayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki