İyulun 15-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları işğal olunmuş Krım yarımadası yaxınlığında Rusiyanın “kölgə donanması”nın 20 gəmisinə zərbə endirib.
Bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (çağrı işarəsi Madyar) məlumat verib.
Zədələnmiş 20 gəmidən 17-si neft tankeri, 2-si qaz tankeri, 1-i yedək gəmisi olub.
Ümumilikdə, Pilotsuz Sistemlər Qüvvələri 9 gün ərzində Azov dənizində 116 gəmini məhv etməyi bacarıb.





















