image-1backend

Sabiq nazir: “ İranda etirazlar rejimin sonunun başlanğıcıdır”  

image-ads-728x90

Britaniya parlamentinin üzvü və keçmiş təhlükəsizlik naziri Tom Tugendhat bildirib ki, İranda yenidən alovlanan etirazlar rejimin zəiflədiyini və süqut prosesinin başlandığını göstərir. Korrekt.az xəbər verir ki, onun sözlərinə görə, etirazların ölkə üzrə geniş yayılması bunun müvəqqəti narazılıq olmadığını sübut edir.

Tugendhat qeyd edib ki, İslam Respublikası 40 ildir zorakılıq və qorxu yolu ilə hakimiyyətdə qalıb, lakin hazırkı proses “həlledici və təhlükəli mərhələyə” daxil olub. O, vurğulayıb ki, baş verənlər yalnız İranı deyil, regional və qlobal təhlükəsizliyi də birbaşa təsir altına alır.

Britaniyalı siyasətçi İranın Britaniya ərazisində terror və sui-qəsd cəhdlərində, jurnalist və müxaliflərin təqibində, eləcə də Yaxın Şərqdə Britaniya qüvvələrinə qarşı zorakılıqda rolunu xatırladıb.

Onun sözlərinə görə, Tehranın regionda apardığı siyasət Avropa və Britaniyaya yönələn qaçqın axınını da gücləndirir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki