Rusiya hərbi kəşfiyyatının xarici əməliyyatlar üzrə rəhbəri, general-mayor Andrey Averyanov öldürülüb.
Korrekt.az xəbər verir ki , bu barədə Rusiyalı müxalif jurnalist Aleksandr Nevzorov öz sosial şəbəkə hesabında yazıb.
Nevzorovun sözlərinə görə, Ukrayna dronlarının Aralıq dənizində Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən tankerə endirdiyi zərbə generalın olduğu yerdə onun bir neçə müavini də olub.
Jurnalist bildirir ki, Averyanov Rusiya prezidenti Vladimir Putinin göstərişləri ilə Avropa İttifaqı ölkələrində gizli sövdələşmələr, casusluq fəaliyyəti, təxribatlar və partlayışların təşkilinə cavabdeh olub. O, həmçinin Averyanovun “Vaqner” rəhbəri Yevgeni Priqojinin təyyarəsinin bombalanmasında və “Noviçok” sinir qazı ilə zəhərlənmə işi (Skripal hadisəsi) ilə bağlı əməliyyatlarda iştirak etdiyini iddia edir.
Bununla belə, baş verən hadisə və general-mayor Andrey Averyanovun ölümü ilə bağlı iddialar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Bir sıra xarici mənbələr Nevzorovun Telegram kanalında yaydığı məlumatların müstəqil şəkildə yoxlanılmadığını qeyd edir.





















