“İslam Dövləti” ekstremist qruplaşmasının terrorçuları Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində silahlı hücum təşkil ediblər.
Korrekt.az xəbər verir ki, bu barədə “Suria TV” məlumat yayıb.
Məlumata görə, yaraqlılar İraqla həmsərhəd olan Əl-Bukamal şəhərində Suriya Ordusunun 86-cı Diviziyasının qərargahına hücum ediblər.
Hökumət qüvvələri itki verib və itkilərin sayı dəqiqləşdirilir.
Fevralın 24-ü günortadan sonra Fərat çayının şərq sahilindəki əl-Bağuz və Sus rayonlarındakı daxili təhlükəsizlik məntəqələri atəşə tutuldu. Hər iki hücuma görə məsuliyyəti İŞİD qruplaşmaları öz üzərinə götürdü.
Fevralın 23-dən 24-nə keçən gecə yaraqlılar Mayadeen şəhərində ordu qərargahına hücum edərək bir əsgəri öldürüblər.





















