image-1backend

Suriyada terrorçuların yeraltı silah anbarı məhv edilib

image-ads-728x90

Britaniya və Fransa hava qüvvələri Suriyada İslam Dövləti (İŞİD) terror qruplaşmasının yeraltı silah anbarını məhv edib. Korrekt.az xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, anbar İŞİD yaraqlıları tərəfindən ələ keçirilmiş və silah, eləcə də partlayıcı maddələrin saxlanması üçün istifadə olunub.

Əməliyyat yanvarın 3-də həyata keçirilib və Paveway IV idarə olunan hava bombalarından istifadə olunub. Nazirlik əməliyyatın uğurla başa çatdığını bildirib, digər təfərrüatlar açıqlanmayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki