Taliban rəsmiləri İran sərhədçilərinin son günlərdə bir neçə əfqanıstanlını öldürdüyünü bildirirlər. Korrekt.az xəbər verir ki, “Azad Avropa” radiosu xəbər verir ki, dünən İranla sərhəddə, Fərah əyalətində qanunsuz keçid cəhdi zamanı ən azı 10 nəfər güllələnib.
Taliban hökuməti ölənlərin yaxınları arasında narazılığın artdığını açıqlayaraq İran hakimiyyətindən hadisənin araşdırılmasını tələb edib.
Bundan əvvəl Talibanın Fərah əyalətindəki Polis Komandanlığının sözçüsü Nəsim Bədri İran sərhədçilərinin bir həftə ərzində 12 əfqanıstanlını öldürdüyünü, 2 nəfərin isə itkin düşdüyünü açıqlayıb.





















