image-1backend

Tanınmış aktrisa da saxlanıldı – FOTO

image-ads-728x90

İstanbul Baş Prokurorluğu tərəfindən məşhur adları hədəf alan narkotik əməliyyatının üçüncü dalğası keçirilib.

Əməliyyat nəticəsində aktrisa Ezgi Eyüboğlu da daxil olmaqla 7 nəfər saxlanılıb.

Saxlanılan şəxslər və ittihamlar

Eser Küçükerol və İsmail Ahmet Akçay – “Narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti”, Saadet Ezgi Eyüboğlu – “Narkotik maddələrin istifadəsi üçün alınması”, Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü – “Fahişəliyə təhrik etmək və asanlaşdırmaq”

Ev axtarışlarında aşkar edilənlər – 3 sənədsiz tapança, 111 narkotik həbi, 4 ədəd kristal metamfetamin, çoxsaylı narkotik ləvazimatları və narkotik dəyirmanı, yuxarı və aşağı hissələrində 100 dollarlıq əskinasların olduğu 9 yığın boş əskinas, orta hissələrində kəsilmiş 19 saxta dollar

Əməliyyat media sektorundakı məşhur adları hədəf alan istintaq çərçivəsində davam edir./Milli.az/

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki