Korrekt.az xəbər verir ki, Təbriz şəhərində hərbi vəziyyət elan edildiyi bildirilir. Məlumata görə, vətəndaşların axşam saat 20:00-dan sonra küçələrə çıxmasına qadağa qoyulub.
Şəhərin əsas ticarət mərkəzlərindən biri olan Təbrizin Böyük Bazarı, eləcə də əsas ərzaq mağazaları fəaliyyətini dayandırıb. Bəzi kiçik mağazalar məhdud saatlarda açıq olsa da, əhalinin zəruri mallara çıxışının ciddi şəkildə məhdudlaşdığı qeyd olunur.
Hazırda şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyət nəzarət altında saxlanılır.





















