image-1backend

Tehrandan Təl-Əvivə xəbərdarlıq: “İran ərazisi daim nəzarətdədir” 

image-ads-728x90

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında İsrailin İrana yenidən hücum edə biləcəyi ehtimalına münasibət bildirib. Korrekt.az xəbər verir ki, o, deyib ki, İran Silahlı Qüvvələri ölkə ərazisini daimi nəzarətdə saxlayır.

Bəqayinin sözlərinə görə, Tehran İsrailin açıqlamalarına etibar etmir və əvvəlki təcrübələr bu mövqeyi möhkəmləndirir. “İran Silahlı Qüvvələri İran ərazisini açıq gözlərlə izləyir və “sionist rejimin” sözlərinə güvənmirik,” – deyə, o, vurğulayıb.

Sözçü əlavə edib ki, İran üçün əsas prioritet ölkə ərazisinin və dövlət kimliyinin müdafiəsi üçün hazırlıq səviyyəsinin artırılmasıdır. Onun sözlərinə görə, mümkün təhlükələr fonunda ayıq-sayıqlıq ən vacib məsələ olaraq qalır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki