image-1backend

Terroçular Hələbi tərk edir: Suriya ordusu vaxt VERDİ

image-ads-728x90

Suriya ordusunun Hələb şəhər mərkəzində apardığı əməliyyatlardan sonra bir məhəllədə mühasirədə qalan YPG üzvlərinin Fərat çayının şərqinə köçürülməsi üçün təxliyə prosesi başladılıb. Məlumata görə, terrorçular şəhəri yaxın saatlarda tərk edəcəklər.

Korrekt.az xəbər verir ki, Anadolu Agentliyinin (AA) müdafiə mənbələrinə istinadən verdiyi xəbərə görə, YPG üzvləri Hələbdə nəzarət etdikləri ərazilərdən çıxaraq Fəratın şərqinə keçəcəklər. Bildirilir ki, onlar yalnız yüngül fərdi silahlarla hərəkət edəcəklər.

Eyni zamanda Hələb şəhərində dövlət qurumları Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrinə daxil olaraq əhaliyə yenidən xidmət göstərməyə hazırlaşır. Terror təşkilatı tərəfindən ərazilərə yerləşdirilmiş partlayıcı maddələrin və minaların təmizlənməsi istiqamətində işlər isə hazırda davam edir.

Rəsmi qurumlar bildiriblər ki, sözügedən məhəllələrdə mina və partlayıcı maddələr tam təmizləndikdən, yollar açıldıqdan sonra sakinlərin evlərinə qayıtmasına icazə veriləcək. Əhaliyə təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələri və evlərinə qayıtmaqda tələsməmələri tövsiyə olunub.

Bu arada Hələbdən çıxacaq YPG üzvlərini daşımaq üçün nəzərdə tutulan çoxsaylı avtobusların Leramun qovşağında toplaşdığı bildirilir.

Qeyd edək ki, YPG terror təşkilatı yanvarın 6-dan etibarən Hələbdə işğal etdiyi ərazilərdən şəhərin müxtəlif nöqtələrinə hücumlar təşkil edib. Suriya hökuməti təşkilatdan martın 10-da əldə olunan razılaşmaya əməl etməyi və hücumları dayandırmağı tələb edib.

Hücumların davam etməsindən sonra Suriya ordusu YPG-nin nəzarətində olan Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində hədəfli hərbi əməliyyatlara başlayıb.

Yanvarın 6-dan bu günədək YPG tərəfindən həyata keçirilən hücumlar nəticəsində 9 suriyalı həlak olub, əksəriyyəti mülki şəxs olmaqla 55 nəfər yaralanıb.

Hələb Şəhər Mərkəzi Komitəsinin açıqlamasına görə, şəhərdə təhlükəsiz ərazilərə təxliyə edilən insanların sayı 142 min nəfərə çatıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki