“The Telegraph”ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubları Məhəmməd Salahın transferi üçün yenidən hərəkətə keçiblər. Korrekt.az xəbər verir ki, “Əl-Nəsr” 32 yaşlı misirli ulduza illik 100 milyon dollar maaş təklif etməyə hazırlaşır. Klubun Salah üçün 5 illik müqavilə planlaşdırdığı bildirilir.
Xatırladaq ki, Salah son günlər “Liverpul” rəhbərliyinin və baş məşqçinin narazılığına səbəb olub. Bunun fonunda oyunçunun gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik daha da artır.
Transferlə bağlı rəsmi açıqlama hələlik yoxdur.





















