ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melania Trampın onun rəqsinə nifrət etdiyini bildirib. Korrekt.az xəbər verir ki, Tramp bildirib ki, amma amerikalılar onun rəqsini çox bəyənir.
Yanvarın 6-da, Kennedi Mərkəzində keçirilən Respublikaçılar tədbirində Tramp yenə rəqs edib, Melania bu rəqsi prezidentə uyğun olmayan hərəkət adlandırıb.
“Həyat yoldaşım bunu etdiyim zaman mənə nifrət edir,” -Tramp deyib.
Tramp həmçinin Melanianın onun rəqsini, əvvəlki Prezident Rooseveltə bənzədərək müqayisə edib.





















