image-image_750x_6971b9578a1cbbackend

Trampa etiraz olaraq ABŞ bayrağı yandırıldı

image-ads-728x90

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna və ABŞ Prezidenti Donald Trampın siyasətinə etiraz olaraq Sürix şəhərində kütləvi aksiya təşkil edilib.

Korrekt.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, etirazlara iki mindən çox insan qatılıb.

Aksiya zamanı vəziyyət gərginləşib. Bir sıra binaların divarlarına aerozol və boya ilə şüarlar yazılıb, zibil qutuları yandırılıb, bəzi mağazaların vitrinlərinə ziyan dəyib. Etirazçılar fişənglər və tüstü vasitələrindən istifadə ediblər.

Polis asayişi bərpa etmək üçün su şırnaqları, gözyaşardıcı qaz və rezin güllələr tətbiq edib. Aksiya iştirakçılarından birinin ABŞ bayrağını yandırdığı bildirilir.

Hazırda xəsarət alanlar barədə rəsmi məlumat yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki