image-1backend

Trampın qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb

image-ads-728x90

ABŞ prezidenti Donald Trampın Cənubi Kaliforniyada yerləşən Milli Qolf Klubunun yaxınlığında silahlı şəxs saxlanılıb.

CNN-in məlumatına görə, hadisə federal agentlərin klub ərazisində şübhəli şəxsin hərəkət etdiyini bildirməsindən sonra baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 38 yaşlı kişini həbs ediblər.

Korrekt.az xəbər verir ki, ABŞ Məxfi Xidməti saxlanılan şəxsin prezident Trampa hər hansı təhlükə yaradıb-yaratmadığını araşdırır. İstintaqa yaxın mənbənin sözlərinə görə, hazırda həmin şəxsin Trampa qarşı hücum planlaşdırdığına dair heç bir sübut yoxdur. Bununla belə, araşdırmalar davam etdirilir.

Hadisə zamanı Donald Tramp Kaliforniyaya gedən “Air Force One” təyyarəsində olub. Prezident daha sonra Respublikaçılar Milli Komitəsinin qolf klubunda keçiriləcək şam yeməyində iştirak etmək üçün Kaliforniyaya səfər edib.

Məlumata görə, saxlanılan şəxs Dauni şəhər sakini, 38 yaşlı Jeanine John Taele-dir. Onun El Segundo polisi tərəfindən soyğunçuluqla bağlı araşdırıldığı da bildirilir.

Polis qeyd edib ki, şübhəli şəxsin hərəkətləri, ehtimal ki, təhlükəsizlik tədbirləri çərçivəsində izlənilib. O, gizli odlu silah gəzdirmək və qadağan olunmuş sursata sahib olmaq ittihamları ilə həbs edilib. Taele isə ittihamları qəbul etməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki