image-1backend

Türkiyə və İran xarici işlər nazirləri telefon danışığı aparıb

image-ads-728x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Arakçi ilə telefon danışığı keçirib. Nazir Fidan zəng zamanı həmkarına Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib və Ankara tərəfindən bu istiqamətdə bütün lazımi tədbirlərin görülməyə davam edəcəyini vurğulayıb.

Korrekt.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, Fidan həmçinin bütün tərəfləri regional təhlükəsizliyi poza biləcək və mülki şəxslər üçün risk yarada biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

İranlı həmkarı Abbas Arakçi isə Türkiyə hava məkanına yönələn raketlərin İran mənşəli olmadığını qeyd edib və məsələ ilə bağlı hərtərəfli araşdırmanın aparıldığını bildirib.

Telefon danışığı zamanı tərəflər hər iki ölkənin təhlükəsizlik maraqlarını qorumaq və regional gərginliyin qarşısını almaq məqsədilə əməkdaşlığın vacibliyini vurğulayıblar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki