image-1backend

Türkiyə və İsrail müharibəyə başlaya bilər: Ankara bu addımı atdı

image-ads-728x90

Türkiyə Suriyada İsrail Hərbi Hava Qüvvələrinin əməliyyat azadlığını məhdudlaşdıra biləcək radarları yerləşdirir.

Türkiyə Suriyada İsrail Hərbi Hava Qüvvələrinin ölkənin hava məkanında əməliyyat azadlığını ciddi şəkildə məhdudlaşdıra biləcək radarları yerləşdirmək üzərində işləyir. Korrekt.az xəbər verir ki, bu barədə İsrailin i24 News televiziya kanalı Qərb kəşfiyyat mənbələrinə istinadən məlumat verib.

Bu sistemlərin yerləşdirilməsi Türkiyəyə Suriya ərazisi üzərindən uçarkən belə İsrail təyyarələrini izləməyə imkan verəcək. Ekspertlər hesab edirlər ki, bu, İsrailin Suriyadakı əməliyyatlarını çətinləşdirməklə yanaşı, Suriya hava məkanının İran və İraq da daxil olmaqla digər bölgələrdə fəaliyyət göstərmə qabiliyyətinə də təsir göstərə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki