Yanvarın 4-ü Ukrayna dronları Rusiyanın Lipetsk bölgəsindəki “Energia” ASC müəssisəsinə hücum edib.
Korrekt.az xəbər verir ki, hücum nəticəsində Yelets şəhərinin sənaye zonasına yanğın düşüb, lakin ilkin məlumatlara görə, insan itkiləri olmayıb. Rusiya Müdafiə Nazirliyi 41 Ukrayna dronunun vurulduğunu açıqlayıb. “Energia” fabrikində müdafiə, aviasiya və dəniz sənayesi üçün batareyalar istehsal olunur.





















