Korrekt.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecə ərzində 118 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirib və məhv edib.
Qeyd olunur ki, məhv edilən pilotsuz təyyarələrin sayı vilayətlər üzrə belə olub:
Belqorod – 52 PUA
Kursk – 26 PUA
Samara – 18 PUA
Krasnodar – 6 PUA
Bryansk – 6 PUA
Voronej – 2 PUA
Lipetsk – 2 PUA
Orenburq – 2 PUA
Volqoqrad, Tula və Rostov vilayətlərində isə hər birində 1 PUA, eləcə də Qara dəniz üzərində 1 PUA məhv edilib.
Rusiya Müdafiə Nazirliyi hücumların uğurla dəf edildiyini və hərbi obyektlərin qorunduğunu vurğulayıb.





















