image-1backend

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Zelenski ilə görüşdən sonra istefa verdi

image-ads-728x90

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk Prezident Volodimir Zelenski ilə danışıqlardan sonra istefa verməyə razılaşıb. Korrekt.az xəbər verir ki, onun vəzifədən azad edilməsi prosesi Ali Radanın səsverməsindən asılı olacaq.

Şənbə günü Zelenski ilə  görüşdə Malyuk əvvəlcə istefa ərizəsini təqdim etməkdən imtina edib. O, bir neçə irimiqyaslı xüsusi əməliyyatın son mərhələdə olduğunu əsas gətirərək, hazırda geri çəkilməyin cinayət sayılacağını bildirib.

Prezident vəzifədən azad etmə barədə qərar verməyə hazır olsa da, parlament üzvləri ictimai reaksiyadan ehtiyat edirlər, çünki Malyuk uğurlu əməliyyatların əsas simvolu sayılır.

Malyukun istefasından sonra SBU-nun müvəqqəti rəhbəri vəzifəsinə Alfa xüsusi təyinatlı qüvvələrinin rəisi Yevhen Xmara və ya general Oleksandr Poklad namizəd kimi nəzərdən keçirilir. Malyuka həm Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik, həm də Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsi təklif edilib, lakin o hər iki variantı rədd edib və SBU rəhbəri kimi işini davam etdirməkdə israr edib.

Hazırda parlamentdə onun vəzifədən azad edilməsi üçün yetərli səs yoxdur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki