Son iki gündə Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə 200-dən çox raket və İran istehsalı “Shahed” pilotsuz uçuş aparatları ilə hava zərbələri endirib.
Korrekt.az xəbər verir ki, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalına görə, dünən müdafiə qüvvələri 140 raket və drondan ümumilikdə 114 “Shahed-136/131” dronunu məhv edə bilib.
Eyni zamanda, bu gün həyata keçirilən hücumlarda 137 müxtəlif tipli raket və dron istifadə edilib və onlardan 80 “Shahed” dronu vurulub.
Ukrayna tərəfi hava hücumlarına qarşı müdafiə tədbirlərini gücləndirib.





















