Venesuela hökuməti Maduro və həyat yoldaşının harada olması ilə bağlı açıqlama verib.
Venesuela vitse-prezidenti Delsi Rodrigezin sözlərinə görə, Venesuela hökuməti prezident Nikolas Maduro və həyat yoldaşının harada olduğunu bilmir .Korrekt.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Venesuela vitse-prezidenti Delsi Rodriges bildirib .
O, əlavə edib ki, Maduro və həyat yoldaşının sağ olduğuna dair təsdiq gözləyir.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Maduro və həyat yoldaşının tutularaq Venesueladan çıxarıldığını açıqlamışdı . İlkin məlumatlara görə , əməliyyat ABŞ ordusunun elit Delta Qüvvələrinin qüvvələri tərəfindən həyata keçirilib.
ABŞ 3 yanvar şənbə günü gecəsi Venesuelaya hücum etdi.





















