image-1backend

Vinisiusun “Arsenal”a keçəcəyi ilə bağlı xəbərlər təkzib edildi

image-ads-728x90

Braziliyalı futbolçu Vinisiusun agentləri onun İngiltərənin “Arsenal” klubu ilə hər hansı razılığa gəlməsi barədə yayılan məlumatları təkzib ediblər.

Korrekt.az xəbər verir ki, 26 yaşlı vinger bu gün Madridə qayıdacaq və sabahdan etibarən baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında məşqlərə başlayacaq. Vinisiusun əvvəlcə baş məşqçi ilə, daha sonra isə klub rəhbərliyi ilə görüşəcəyi bildirilir.

Qeyd olunur ki, Mourinyo braziliyalı futbolçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirir və onun komandada qalmasını istəyir. Lakin Vinisiusun gələcəyi ilə bağlı yekun qərarın yalnız portuqaliyalı mütəxəssisdən asılı olmadığı, futbolçu və klub rəhbərliyinin mövqeyinin həlledici olacağı vurğulanır.

“Real Madrid” rəhbərliyinin Vinisiusa yeni müqavilə ilə bağlı son təklifini təqdim etdiyi və maaş məsələsində daha yaxşı şərtlər təklif etməyi planlaşdırmadığı iddia edilir. Həmçinin klubun yeni sözləşmənin imzalanması üçün əlavə bonuslar ödəmək niyyətində olmadığı qeyd olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki