image-1backend

Xavi: “Növbəti addımım milli komandaya rəhbərlik etmək ola bilər”

image-ads-728x90

İspaniyalı mütəxəssis Xavi Ernandes gələcək karyerası ilə bağlı açıqlama verib. O, növbəti iş yerinin milli komanda ola biləcəyini bildirib.

Korrekt.az xəbər verir ki, onun açıqlaması jurnalist Fabrizio Romano tərəfindən paylaşılıb.

Xavi qeyd edib ki, hazırda ailəsinə daha çox vaxt ayırmaq istəyir və klub futbolunda işləmək buna imkan vermir.

“Növbəti addımım milli komanda ola bilər. Bu mənə uyğun gələr və mən bunu istəyirəm. Ailəm var. Klubda işləmək mənə ailəmə bu qədər vaxt ayırmağa imkan verməz. Kiçik yaşlı övladlarım var”, – deyə o bildirib.

45 yaşlı məşqçi əlavə edib ki, böyük beynəlxalq turnirlərdə baş məşqçi kimi iştirak etmək onun əsas hədəflərindən biridir.

“Dünya Kuboku, Avropa çempionatı, Afrika Millətlər Kuboku və ya Asiya Kubokunda baş məşqçi kimi iştirak etməyə çox həvəsliyəm”, – deyə Xavi vurğulayıb.

Qeyd edək ki, Xavi son olaraq İspaniyanın “Barselona” klubunun baş məşqçisi vəzifəsində çalışıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki