image-1backend

“Xərçəngə belə qalib gəldi” -Məşhur onkoloq açıqladı

image-ads-728x90

Rusiyalı məşhur  illüzionist Sergey Safronovun xərçəngə qalib gəlməsinin səbəbini həkimi açıqlayıb.

“Ekstrasenslər Döyüşü” verilişinin keçmiş aparıcısı, tanınmış illüzionist Sergey Safronov vaxtında və düzgün aparılan müalicə sayəsində xərçəng xəstəliyinə qalib gəlib. Korrekt.az  xəbər verir ki,  bu barədə onkoloq Yevgeni Çeremuşkin aif.ru saytına verdiyi müsahibədə məlumat verib.

Həkimin sözlərinə görə, Safronovda Hodgkin limfoması (limfoqranulomatoz) aşkarlanmışdı. Çeremuşkin bildirib ki, bu xərçəng növü müasir tibbdə nisbətən yaxşı müalicə olunan xəstəliklər sırasındadır və uzun müddət nəzarət altında saxlanıla bilir.

“Bu xəstəlikdə müalicə adətən yüksək effekt verir. İnsanın tez bir zamanda sağalma əlamətləri görməsi isə həm tibbi, həm də psixoloji baxımdan çox müsbət təsir göstərir”, – deyə onkoloq vurğulayıb.

Həkim Safronovun sağalmasında əsas rolun məhz vaxtında və ixtisaslı tibbi müdaxiləyə məxsus olduğunu bildirib. Onun sözlərinə görə, müalicənin nəticə verdiyini görən xəstə ruhdan düşmür, əksinə, daha da motivasiya olunur və sağalacağına inanır.

Qeyd edək ki, Sergey Safronovun xərçəng diaqnozu 2021-ci ilin mart ayında ictimaiyyətə açıqlanmışdı. Ona limfa sisteminin bədxassəli şişi olan Hodgkin limfoması diaqnozu qoyulmuşdu. Safronov dövlət klinikasında pulsuz müalicə alıb, Moskvadakı Botkin Xəstəxanasında kimyaterapiya kursu keçib. 2022-ci ilin aprel ayında isə o, xəstəliyə qalib gəldiyini açıqlamışdı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki