Moskva polis bölməsinin yaxınlığında partlayış olub. Korrekt.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin generalının partladıldığı yerdə üç nəfər həlak olub
Moskvanın cənubundakı Orexovo-Borisovo rayonunda polis bölməsində güclü partlayış baş verib. İlkin məlumatlara görə, naməlum şəxslər park edilmiş avtomobilin pəncərəsindən partlayıcı qurğu atıblar. Hadisə nəticəsində iki yol polisi əməkdaşı,eləcə də polislərin yanında olan şəxs həlak olub.
Hadisə iki gün əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sərvarovun avtomobilinin altında partlayıcı qurğunun partlaması nəticəsində həlak olduğu küçədə baş verib.





















