Ukraynanın Xerson vilayətində pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücum nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 50 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Korrekt.az xəbər verir ki, Xerson vilayətinin qubernatoru Vladimir Saldonun verdiyi məlumata görə, hücum zamanı üç pilotsuz təyyarə Qara dəniz sahilində yerləşən, insanların Yeni il şənliyi keçirdiyi kafe və otelə zərbə endirib.
Hadisə nəticəsində ciddi dağıntılar yaranıb, yaralılar yaxınlıqdakı tibb müəssisələrinə yerləşdirilib. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirir.
Qeyd edək ki, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.





















