image-1backend

Zelenski: 20 maddəlik sülh planının 90 faizi razılaşdırılıb

image-ads-728x90

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşündən sonra bəyan edib ki, 20 maddəlik sülh planının böyük hissəsi üzrə razılıq əldə olunub. Onun sözlərinə görə, planın 90 faizi razılaşdırılıb, təhlükəsizlik zəmanətləri isə 100 faiz qəbul edilib.

Korrekt.az xəbər verir ki, Zelenski bu açıqlamanı Florida ştatındakı Mar-a-Laqo malikanəsində Tramp ilə keçirilən görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında verib. O bildirib ki, görüş zamanı sülh planının bütün aspektləri ətraflı şəkildə müzakirə olunub.

Ukrayna prezidenti ABŞ və Ukrayna komandaları arasında aparılan danışıqları məhsuldar adlandıraraq əldə olunan irəliləyişdən məmnunluq ifadə edib. Zelenskinin sözlərinə görə, ABŞ, Avropa və Ukraynanın təhlükəsizlik zəmanətləri demək olar ki, tam şəkildə razılaşdırılıb, hərbi ölçü isə tam qəbul edilib. Rifah planının da artıq son mərhələdə olduğu qeyd olunub.

Zelenski vurğulayıb ki, təhlükəsizlik zəmanətləri davamlı sülhə nail olmaq üçün əsas amildir. O, Avropa liderləri ilə apardığı telefon danışıqlarını da “məhsuldar” kimi qiymətləndirib. Bildirib ki, yaxın həftələrdə komandalar müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün yenidən görüşəcəklər. Eyni zamanda, yanvar ayında Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Avropa liderləri və Ukrayna nümayəndə heyətinin qatılacağı görüşün keçirilməsi planlaşdırılır.

Zelenski Ukraynanın sülhə hazır olduğunu və 20 maddəlik plan üzrə yekun nəticəyə yaxınlaşdıqlarını bildirib. Onun sözlərinə görə, iş bu templə davam edərsə, yanvar ayında altı sənəd üzrə qərar qəbul edilə bilər.

Ukrayna prezidenti hazırda çox sayda ukraynalının Avropada yaşadığını xatırladaraq, potensial referendumun keçirilməsi üçün əvvəlcə müvafiq infrastrukturun yaradılmasının vacib olduğunu qeyd edib və bunun asan proses olmadığını vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki