image-imagesbackend

ABŞ  İranı sıxışdırır: Təyyarədaşıyan gəmi bölgəyə göndərildi   

image-ads-728x90

Dünən ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi təzyiqləri artırdığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus çoxsaylı döyüş gəmiləri artıq İran istiqamətində hərəkətə başlayıb.

Korrekt.az xəbər verir ki, Tramp bildirib ki, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi və bir neçə idarə olunan raket esminesi yaxın günlərdə Fars körfəzi bölgəsinə daxil olacaq.

Amerika prezidenti açıqlamasında bu hərbi hərəkəti “nəhəng donanma” kimi xarakterizə edərək, Tehrana bir daha xəbərdarlıq edib. Tramp İran hakimiyyətini etirazçıların öldürülməsindən çəkinməyə və nüvə proqramını davam etdirməməyə çağırıb.

İranın ali rəhbəri Əli Xameneyinin devrilməsi və ya sürgün edilməsi ehtimalı ilə bağlı suala cavab verən Tramp detallar açıqlamaq istəmədiyini bildirib. Bununla belə, o vurğulayıb ki, İslam Respublikası ABŞ-nin nə istədiyini çox yaxşı bilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki