image-1backend

ABŞ Suriyadakı qoşunlarını tamamilə çıxarmağı düşünür

image-ads-728x90

Korrekt.az “Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Vaşinqton ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılmasını nəzərdən keçirir.

Qəzetin məlumatına görə, adları açıqlanmayan Amerika rəsmiləri, Suriya prezidenti Əhməd əl-Şaaranın, ABŞ-ın dəstəklədiyi kürd silahlı dəstələrini ölkənin şimal-şərqindəki ərazilərdən məhrum etməyə başladığı üçün Vaşinqtonun Suriyada yerləşən qoşunlarını tamamilə geri çəkmək barədə müzakirələr apardığını bildiriblər.

“Wall Street Journal”ın verdiyi məlumata görə, bu addım, ABŞ-ın 2014-cü ildə başladığı Suriya əməliyyatına son qoyacaq. Qəzetin məlumatında, Suriyanın şimal-şərqində yerləşən müxtəlif obyektlərdə təxminən 1000 amerikalı əsgərin olduğu qeyd edilib. Amerika rəsmiləri, “Suriya Demokratik Qüvvələri”nin tamamilə ləğv edilməsi halında, Suriyada ABŞ qoşunlarının mövcudluğunu saxlamağın heç bir əsasının qalmayacağını vurğulayıblar.

Bu vəziyyət, ABŞ-ın Suriyada 10 ildən artıq müddətdəki hərbi iştirakının sonuna işarə edə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki