image-1backend

Baxçalı: İrandakı qeyri-sabitlik Türkiyə üçün təhdiddir

image-ads-728x90

Türkiyənin  Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı bildirib ki, İranda baş verən bölünmə və xaos region ölkələri və xüsusilə Türkiyə üçün ciddi təhlükə yaradır.

Korrekt.az xəbər verir ki, Böyük Millət Məclisində çıxış edən Baxçalı İranın siyasi və ərazi bütövlüyünün Türkiyə üçün həyat və ölüm məsələsi olduğunu vurğulayıb və əlavə edib: “İranın qeyri-sabitliyi Türkiyə üçün təhdiddir.”

O, həmçinin İrana qarşı “imperialist təxribatlar” həyata keçirildiyini qeyd edərək, bölgədə etnik və dini gərginliyin artmasının yeni münaqişələrə yol aça biləcəyini bildirib. Baxçalı bu şəraitdə birliyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, İranda iki həftədən artıqdır hökumət əleyhinə etirazlar davam edir. Yerli media 600-dən çox insanın, Qərb mətbuatı isə 2000 nəfərin öldüyünü bildirir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki