image-1backend

Cevdet Yılmaz: Türkiyə bayrağına edilən hücum cəzasız qalmayacaq  

image-ads-728x90

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Nusaybin–Qamışlı sərhədinin Suriya tərəfində YPG tərəfdarları tərəfindən Türkiyə bayrağına qarşı həyata keçirilən təxribatı kəskin şəkildə pisləyib.

Korrekt.az xəbər verir ki, Yılmaz bildirib ki, sözügedən hücum Türkiyənin birliyini, həmrəyliyini və xalqın asayişini hədəf alan alçaq bir cəhddir. Onun sözlərinə görə, bu cür təxribatların qardaşlıq münasibətlərinə xələl gətirməsinə və terrora qarşı mübarizə məqsədlərinə zərər vurmasına heç vaxt imkan verilməyəcək.

Vitse-prezident vurğulayıb ki, dövlət bütün qurumları ilə vəziyyətə nəzarət edir və Türkiyə xalqı hər cür fitnə-fəsad, təxribat və nifaq yaratmaq cəhdlərinə qarşı sağlam düşüncə ilə möhkəm dayanacaq. O qeyd edib ki, milli birlik və qardaşlıq ölkənin ən güclü dayaqlarından biri olaraq qalacaq.

Cevdet Yılmazın sözlərinə görə, hadisə ilə bağlı hərtərəfli araşdırmaya başlanılıb. Hücumu planlaşdıran və həyata keçirən şəxslərin müəyyən edilərək qanun qarşısında cavab verməsi təmin olunacaq.

“Türkiyə bayrağına qarşı edilən bu hücum heç bir halda cəzasız qalmayacaq”, – deyə vitse-prezident bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki