İran hökuməti üç günlük matəm elan edib.
Korrekt.az xəbər verir ki, matəm iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin üzvləri də daxil olmaqla onlarla iranlının ölümü ilə əlaqədar elan edilib.
1979-cu ildə devrilmiş İran şahının varisi Rza Pəhləvinin çağırışından sonra İranda 8 yanvarda etiraz yürüşləri keçirildi. Sosial mediada yayılan genişmiqyaslı və kütləvi aksiyaların videolarına baxmayaraq, İranın Fars xəbər agentliyi çıxışların “məhdud” xarakter daşıdığını iddia etdi. Etiraz hərəkatının aktivləşməsi fonunda ölkə internet, mobil və stasionar telefon xidmətlərini dayandırdı.
IRIB daha əvvəl bildirmişdi ki, etirazlar zamanı şəxsi mülklərə və şəhər infrastrukturuna ziyan dəyib: təcili yardım maşınları və şəhər avtobusları da daxil olmaqla nəqliyyat vasitələri dağıdılıb, metro stansiyaları, məscidlər, banklar və mağazalar zədələnib. Ölənlərin sayı 38-ə çatıb.





















