image-1backend

İranın Məhkəmə Sistemi xəbərdarlıq etdi: etiraz edənlər cəzalandırılacaq   

image-ads-728x90

İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhseni Ejei etirazlarla bağlı sərt açıqlama verib. Korrekt.az xəbər verir ki, o, küçələrdə zorakılıqda ittiham olunan şəxslərin ən qısa müddətdə mühakimə olunmalı və cəzalandırılmalı olduğunu bildirib.

Etirazçıları “iğtişaşçı” adlandıran Ejei çıxışında, sürətli məhkəmə proseslərinin aparılacağını və ağır cəzaların, o cümlədən edam hökmlərinin gündəmdə ola biləcəyini deyib. “Küçələrdə insanların başını kəsən və ya yandıran şəxslər ən qısa müddətdə mühakimə olunmalı və cəzalandırılmalıdır”, – deyə, Ejei iddia edib. (Snn.ir)

Onun bu açıqlaması İranda etirazların davam etdiyi bir vaxtda səslənib və hakimiyyətin repressiv xəttini daha da sərtləşdirməyə hazırlaşdığı kimi dəyərləndirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki