image-image_750x_6965fd37aa4dfbackend

Köhnə seyf aldı : İçərisindən 7,5 milyon dollar tapdı

image-ads-728x90

ABŞ-da bir kişi cəmi 500 dollara aldığı köhnə odadavamlı seyfin içərisindən 7,5 milyon dollar aşkar edib. Korrekt.az xəbər verir ki, bu barədə Metro nəşri məlumat yayıb.
Məlumata görə, Den Dotson adlı şəxs yerli televiziya şousunda çıxışı zamanı hadisənin təfərrüatlarını bölüşüb. Onun sözlərinə görə, o, köhnə seyflərin hərraclar vasitəsilə alqı-satqısı ilə məşğuldur və indiyədək aldığı seyflərin əksəriyyəti boş olub.

Dotson bildirib ki, sözügedən seyf bir neçə ay ərzində hərracda alıcı tapmayıb. Nəticədə o, seyfi 500 dollara almaq qərarına gəlib. Seyf açıldıqdan sonra içərisində 7,5 milyon dollar nağd pul olduğu üzə çıxıb.

Seyfin əvvəlki sahibinin kimliyi məlum deyil. Ehtimallara görə, sahib ya başqa yerə köçüb, ya da həbsxanaya düşüb və seyfə görə ödənişi dayandırdığı üçün əmlak hərraca çıxarılıb.

Hadisə ABŞ mediasında geniş müzakirələrə səbəb olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki