Rusiya Mərkəzi Bankı rusiyalıların xarici səfərlərə xərclədiyi vəsaitlə bağlı statistik məlumatları açıqlayıb. Məlumata görə, 2025-ci ildə xaricə səyahətlər üçün ümumi xərclər 49,7 milyard dollara çatıb.
Statistikaya əsasən, rusiyalı turistlər üçün ən populyar istiqamət yenə də Türkiyə olub. Ötən il bu ölkəyə 4,61 milyon nəfər səfər edib. Türkiyədən sonra ikinci yerdə 1,72 milyon turistlə Birləşmiş Ərəb Əmirlikləri, üçüncü yerdə isə 1,62 milyon səfərlə Misir qərarlaşıb.
Korrekt.az xəbər verir ki, Çin də rusiyalıların ən çox seçdiyi turizm istiqamətləri sırasındadır. Bildirilir ki, ötən il bu ölkəyə səfər edənlərin sayı 1,36 milyona çatıb.
Sənaye nümayəndələrinin sözlərinə görə, Türkiyə qiymət sabitliyi, geniş otel infrastrukturu və əlçatan nəqliyyat imkanları sayəsində rus turistlər arasında lider mövqeyini qoruyub saxlayır. Rusiya mediasının məlumatına görə bu il ilkin rezervasiyaların 85 faizi Türkiyə istiqamətindədir.





















