Dünən İran dövlət mediası SEPAH komandanlarından olan general Nurəli Şüştərinin oğlu Fərəcullah Şüştərinin Məşhəd şəhərində öldürüldüyünü açıqlayıb.
Korrekt.az xəbər verir ki, SEPAH-a yaxın Tasnim News agentliyi Fərəcullah Şüştərinin “etirazçıların əlində” həyatını itirdiyini iddia edib. Ancaq bu iddiaları təsdiqləyən hər hansı rəsmi sənəd və ya sübut təqdim olunmayıb.
Tasnim News hadisəyə görə birbaşa etirazçıları günahlandırsa da, ölümün detalları ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, Fərəcullah Şüştəri Simnan valiliyinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavin vəzifəsinin icraçısı kimi çalışıb.





















