image-1backend

SEPAH komandanı: “Hörmüz boğazını daim izləyirik” 

image-ads-728x90

Bu gün SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, general Əlirza Təngsiri bildirib ki, Hörmüz boğazında 24/7 kəşfiyyat əməliyyatları aparılır.

Komandanın sözlərinə görə, bu nəzarət boğazın həm havada, həm də sualtı hissəsində tam şəkildə həyata keçirilir. O, əməliyyatın məqsədini belə izah edib:

“Bu monitorinq boğazdan keçidin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir, çünki region ölkələrinin və bir çox xarici dövlətlərin iqtisadiyyatı bu strateji su yolunun təhlükəsizliyi ilə sıx bağlıdır”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki