İran Prezidenti Məsud Pezeşkian ölkədə artan iqtisadi etirazlarla bağlı təhlükəsizlik qüvvələrinə dinc etirazçılara qarşı müdaxilə edilməməsi barədə göstəriş verib.
Prezidentin müavini Məhəmməd Cəfər Qəempənah bildirib ki, Pezeşkian təhlükəsizlik qüvvələrinə “etirazçılara qarşı heç bir təhlükəsizlik tədbiri görülməməsi” barədə açıq göstəriş verib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp son günlər etirazlar zamanı insan itkiləri baş verərsə, ABŞ-nin İrana müdaxilə edə biləcəyini bildirib.
Tramp deyib:“Hadisələri yaxından izləyirik. Əgər əvvəlki kimi insanları öldürməyə başlasalar, ABŞ-dən çox sərt cavab alacaqlar”.
İsrailin Baş naziri Benyamin Netanyahu isə Nazirlər Kabinetinin iclasında İran xalqının “azadlıq, ədalət və ləyaqət mübarizəsi ilə həmrəy olduqlarını” bildirib.
İran Xarici İşlər Nazirliyi isə Tramp və Netanyahunun açıqlamalarını zorakılığı qızışdırmaq və İranın milli birliyini zəiflətmək cəhdi kimi qiymətləndirərək sərt şəkildə tənqid edib.”AzPolitika.info”





















