ABŞ-nin TIME jurnalı Tehranda etirazların zorakılıqla yatırılması zamanı ölənlərin sayının 200-ü keçdiyini bildirib. Korrekt.az xəbər verir ki, nəşr bu məlumatı paytaxtda çalışan iranlı həkimə istinadən yayıb.
Məlumata görə, etirazların dağıdılması zamanı rejimə bağlı təhlükəsizlik qüvvələri nümayişçilərə birbaşa atəş açıb. Nəticədə Tehran şəhərində çoxsaylı insan həyatını itirib.
TIME qeyd edir ki, açıqlanan rəqəmlər İranda etirazlara qarşı tətbiq olunan zorakılığın miqyasını və ölkədə yaranmış humanitar vəziyyətin ciddiliyini bir daha göstərir.





















