image-1backend

Tramp: Zelenski sülh müqaviləsi imzalamağa hazırdır  

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenskinin ona sülh müqaviləsi imzalamaq istəyi barədə məlumat verdiyini açıqlayıb. Tramp həmçinin, Rusiya prezidenti Vladimir Putinin də münaqişəyə son qoymağa sadiq olduğuna inandığını bildirib.

Korrekt.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandırarkən Tramp bildirib ki, “Sazişin parametrləri artıq məlumdur. Biz bu məsələləri altı-yeddi aydır müzakirə edirik. Zelenski gəlib, razılaşma əldə etmək istədiyini açıqladı”.

Ağ Evin aparat rəhbəri qeyd edib ki, həm Rusiya, həm də Ukrayna münaqişənin həlli istiqamətində bəzi güzəştlər etməyə hazırdırlar. O, həmçinin Davosda keçirilən Dünya İqtisadi Forumunda döyüşlərə son qoymağın mümkün yolları ilə bağlı bir neçə müzakirə apardığını vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki