image-1backend

Ukrayna dronlarla Rusiyanın ən böyük neft anbarını VURDU 

image-ads-728x90

Rusiya Federasiyasının Penza şəhərində “Rosneft”ə məxsus böyük neft anbarında 23 yanvar gecəsi dron hücumu nəticəsində yanğın baş verib. Korrekt.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum zamanı hava hücumundan müdafiə sistemləri tərəfindən dörd pilotsuz uçuş aparatı (PUA) vurulub.

Penza vilayətinin qubernatoru Oleq Melniçenko Telegram kanalında yayımladığı məlumatda, yanğının səhər saat 4:00 radələrində dron hücumu nəticəsində başladığını qeyd edib. O, həmçinin bildirib ki, yanğın vurulan PUA-lardan birinin qalıqları səbəbindən alovlanıb.

Görülən tədbirlər nəticəsində ölən və ya yaralanan olmayıb. Penza vilayətində və Mordoviya Respublikasında mühüm yer tutan “Penzanefteprodukt” ASC-nin neft anbarında baş verən yanğının görüntüləri sosial mediada yayımlanıb.

“Rosneft” şirkətinin bir hissəsi olan “Penzanefteprodukt”, 1988-ci ildən fəaliyyət göstərir və əsasən yanacaqdoldurma məntəqələri vasitəsilə yanacaq satışı həyata keçirir. Şirkətin üç böyük neft bazası mövcuddur.

Bu hadisə Ukrayna ilə davam edən müharibə çərçivəsində baş verən dron hücumlarının sayının artdığını göstərir. Yanvarın 2-də Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Alfa Xüsusi Əməliyyatlar Mərkəzinin dronları Rusiyanın Krasnodar diyarında yerləşən Tamannefteqaz neft terminalını vurmuşdu.

Ümumi statistikaya görə, 2025-ci il ərzində Ukrayna Müdafiə Qüvvələri Rusiya və işğal olunmuş ərazilərindəki neft emalı zavodları və anbarlarına 140-dan çox hücum təşkil edib ki, bu da ötən illə müqayisədə 51,1% artım deməkdir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki