ABŞ prezidenti Donald Tramp İranla iqtisadi və ticarət əlaqələri quran bütün ölkələrə qarşı 25 faiz həcmində tarif tətbiq ediləcəyini açıqlayıb.
Korrekt.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, İranla istənilən formada işgüzar münasibət quran ölkələr ABŞ-la həyata keçirdikləri bütün əməliyyatlara görə 25 faiz tarif ödəməli olacaqlar.
ABŞ prezidenti qeyd edib ki, bu qərar dərhal qüvvəyə minir və yenidən baxılmayacaq.
Xatırladaq ki, yanvarın 12-də Ağ Evin mətbuat katibi Kerolin Levitt də Tramp administrasiyasının İrana qarşı sərt mövqe tutduğunu vurğulayaraq, ABŞ prezidentinin zərurət yaranacağı təqdirdə Amerika ordusunun gücündən istifadə etməkdən çəkinməyəcəyini bəyan edib.





















