Dünən İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə ölkədə davam edən etirazlarla bağlı hakimiyyətin rəsmi mövqeyini açıqlayıb. Nazir etirazçıların fəaliyyətini “terror” aktları kimi qiymətləndirərək, bu hadisələrin idarəetmənin siyasəti ilə əlaqəsi olmadığını vurğulayıb.
Korrekt.az xəbər verir ki, Əraqçı bildirib ki, etirazlar ölkənin sabitliyinə və milli təhlükəsizliyinə zərər verir və bunun məsuliyyəti etirazçılar üzərinə düşür. Nazir həmçinin beynəlxalq ictimaiyyəti və xarici medianı “İranın daxili işlərinə qarışmamağa” çağırıb, ölkədə baş verən hadisələrdə xarici təsirin olmadığını qeyd edib.
Ekspertlər bu bəyanatı hakimiyyətin daxildə artan narazılıq və etirazlara görə məsuliyyəti boynundan atması kimi qiymətləndirirlər. İranda etirazlar davam edərkən, hökumət rəsmiləri onları “terror” adlandırmaqla həm daxili, həm də beynəlxalq səviyyədə mövqelərini müdafiə etməyə çalışır.





















