İran milli futbol komandasının keçmiş kapitanı Əşkan Dejəgə sosial şəbəkədə paylaşdığı açıqlama ilə İranda baş verən etirazlara dəstəyini ifadə edib və İslam Respublikasını sərt şəkildə tənqid edib.
Korrekt.az xəbər verir ki, Dejəgə “Instagram” hekayəsində bildirib ki, “90 milyon insan 100 saat ərzində heç bir əlaqə vasitəsi olmadan dünyanın ən qəddar rejiminə qarşı mübarizə aparıb. Onların əlləri boşdur və başlarına gələnlər barədə heç bir xəbər yayılmır”.
Keçmiş kapitanın sözlərinə görə, İran xalqı tam informasiya blokadası şəraitində tək buraxılıb və xarici dünya ilə əlaqəsi kəsilib.
Son 10 gün ərzində İslam Respublikası hakimiyyəti kommunikasiya xidmətlərini bloklayaraq, etirazların qarşısını almağa çalışıb.





















