Rusiyada məhkəmə icraçıları müğənni Larisa Dolinanın Moskvanın Xamovniki rayonunda yerləşən mənzilinin qapısını sındıraraq əmlakın inventarını aparıblar.
Korrekt.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb. Bildirilib ki, icraçılar mənzilə daxil olduqdan sonra evdə olan əşyaların siyahısını tərtib ediblər.
Məlumata görə, mənzilin alıcısının vəkili Polina Lurye əmlakın inventarlaşdırılmasının gələcəkdə hər hansı hüquqi iddiaların qarşısını almaq məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, Lurye artıq mənzilin açarlarını alıb və rəsmi şəkildə əmlaka köçə bilər.
Qeyd edək ki, daha əvvəl Larisa Dolinaya Xamovnikidəki mənzilindən məcburi çıxarılma prosesinin başlandığı barədə məlumat verilmişdi. Bildirilir ki, məcburi çıxarılma məhkəmə icraçıları tərəfindən iki şahidin və polis əməkdaşının iştirakı ilə həyata keçirilir.





















