Sosial şəbəkələrdə yayılan görüntülər bütün dünyanın diqqətini çəkib. Korrekt.az xəbər verir ki, İranda xərçəng xəstəliyindən əziyyət çəkən məktəbli dərslərdən geri qalmamaq üçün müəlliminin xüsusi qayğısı ilə əhatə olunub.
Xəstəliyinə görə məktəbə gedə bilməyən şagirdə müəllimi hər axşam xəstəxanaya gələrək buraxdığı dərsləri öyrədir.
Bu nümunə müəllim peşəsinin fədakarlıq və yüksək insani dəyərlərə əsaslandığını bir daha göstərir və cəmiyyətdə böyük rəğbət doğurub.





















