Qazaxıstanın Şımkent şəhərində 21 yaşlı tələbə Nuray Serikbanın qətlində səhlənkarlıqda şübhəli bilinən polis əməkdaşlarına qarşı cinayət işi açılıb.Korrekt.az xəbər verir ki, bu barədə Qazaxıstan daxili işlər nazirinin müavini Sanjar Adilov Senatın iclasında bildirib.
Adilovun sözlərinə görə, istintaq prezident Kasım-Jomart Tokayevin səs-küylü cinayətlə bağlı izahat verməsindən bir gün sonra başlayıb. Cinayət işi, zərərçəkmişin şikayətini qeydə almayan polis əməkdaşlarını əhatə edir.
Daxili İşlər Nazirliyi eyni gündə intizam tədbirləri də görüb. Şımkent polis rəisi, onun müavini və şəhər polis şöbəsinin rəisi vəzifələrindən azad edilib və onlar barəsində cinayət işi açılıb.
21 yaşlı tələbə Nuray Serikban yanvarın 11-də Şımkentdə öldürülüb. Sosial şəbəkələrdə yayılan video geniş ictimaiyyətin narazılığına səbəb olub. Şübhəli hadisədən sonra qaçıb. Yanvarın 20-də Qızılordada keçirilən Milli Qurultayın 5-ci iclasında Qazaxıstan Prezidenti polis əməkdaşlarının hərəkətlərinin qiymətləndirilməsini tapşırıb.





















